z

“Bir əsrin İZində”: könüllülərin ekskursiyası təşkil edilib

“Bir əsrin İZində”: könüllülərin ekskursiyası təşkil edilib

24 NOYABR / 2023 / 15:09

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərə uyğun olaraq, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Bir əsrin İZində” layihəsi çərçivəsində Azərbaycan könüllülərinin növbəti səfəri Bakı metropoliteninə olub.
Ekskursiyanın əsas məqsədi Ulu Öndər Heydər Əliyevin metropolitenin inkişafına verdiyi xüsusi töhfələrlə yaxından tanışlıq olub. Eyni zamanda könüllülərdə metropolitenin çoxşaxəli fəaliyyəti əsasında əməyə münasibətin formalaşmasına təsir göstərmək, istehsalatla, müasir texnika və metro tikintisində istifadə edilən texnologiyalar ilə tanışlığa ekskursiya zamanı xüsusi diqqət ayrılıb.
50-dən könüllü, ilk növbədə, paytaxtın əsas sərnişindaşıma nəqliyyatı arteriyalarından birinə çevrilməsində xüsusi rolu olan dahi şəxsiyyət Heydər Əliyevin metropoliten üçün xüsusi töhfələrini əks etdirən sərgi ilə tanış olublar. Daha sonra qonaqlar metro qatarı formasında olan 8 vaqon-guşə, burada olan 18 maket və 100-dən artıq əyani-praktiki vəsait, tunelqazma maşını, qatar trenajoru, hər sahəyə aid xüsusi avadanlıqlarla təchiz edilmiş kabinetlər, eləcə də elektron imtahan otaqları nümayiş olunub. 
Gənclərin çoxsaylı suallarını sahələrin mütəxəssisləri cavablandırıblar.
Qeyd edək ki, Azərbaycan Könüllülərinin iştirakı ilə daha bir neçə ekskursiyanın və görüşlərin keçirilməsi planlaşdırılır. Cari ilin əvvəlindən həyata keçirilən “Bir əsrin İZində” layihəsi çərçivəsində Heydər Əliyev irsi ilə bağlı olan və strateji əhəmiyyət daşıyan yerli və beynəlxalq müəssisələrə Azərbaycan könüllülərinin iştirakı ilə regionlarda, həm də Bakı şəhərində ekskursiyalar təşkil olunur.