z
09 NOYABR / 2023
Keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olan “A” tipli birinci vaqon 1934-cü ilin sonunda istehsal olunub. 1935-ci il may ayının 15-də SSRİ rəhbərliyinin məhz bu vaqonda əyləşmiş nümayəndələrinin iştirakı ilə Moskva metropoliteni açılıb. Vaqonda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün isə 120 yer var. Bu vaqon klassik dizaynı, maşinist kabinası, işıqlanma avadanlığı və sistemi, oturacaqları və başqa tərtibat elementləri ilə diqqəti çəkir. Vaqon Bakı metropoliteni xətlərində sərnişin daşımayıb. 1960-cı illərin sonunda Bakı metropoliteni xətlərində yolların və digər infrastrukturun texniki parametrlərinin ölçülməsi məqsədi ilə xəttə buraxılan yolölçən vaqonun tərkib hissəsi olub.