z
03 NOYABR / 2025
Vaqon istehsalı sənayesinin tarixini canlandıran bu qatarı təşkil edən ən köhnə vaqon “A” tiplidir. Bu tipli vaqonlar 1934-1937-ci illərdə istehsal edilib və cəmi 111 ədəd olub. Bakı metropoliteni sərnişinlərinə təqdim edilən vaqonun unikallığı ondan ibarətdir ki, o, istehsal olunan ilk nümunələrdəndir. 1934-cü ildə MMZ (Mıtişşi Vaqonqayırma Zavodu) müəssisəsində buraxılmış 1 nömrəli "A" tipli vaqon və 1001 nömrəli qoşqu vaqonu da daxil olmaqla həmin il oktyabrın 15-də Moskva metropoliteninin “Sokolniki-Komsomolskaya” sahəsində sınaq reysinə buraxılıb. Qatar Moskva metropoliteni xətlərində işləyib. İstismar müddətini başa vurduqdan sonra, defektoskopiya (yolölçən) vaqonu kimi yenidənqurularaq, Bakı metropoliteninin yol xidmətinin ixtiyarına verilib. 2015-ci ilə qədər metropoliten yollarının texnikinorma və qaydalara uyğunluğu məhz bu vaqonda qurulmuş avadanlıqlar vasitəsilə yoxlanılıb.