z
03 NOYABR / 2025
Retro qatarın tərkibindəki növbəti nəsil vaqon “Q” tiplidir. 1940-cı il iyunun 20-də Mıtişşi Vaqonqayırma Zavodundan Moskva metropoliteninə ilk “Q” tipli vaqon verilib. “A” və “B” tipli vaqonlardan fərqli olaraq, bu vaqonlar daha çox dəyirmi formaya malik idi. Gövdəsinin uzunluğu, əvvəlkinəsillə müqayəsədə, 370 mm artırılmışdı. Maşinist kabinasının uzunluğu 100 mm azaldılmaqla 18.770 mm-ə çatdırılmışdı, bu da sərnişin salonunun 470 mm uzadılmasına imkan vermişdi. 1940-1955-ci illərdə istehsal olunmuş bu tipli vaqonlardan 3-ü Bakı metropolitenində“A 1001” tipli yolölçəni müşayiət edən hərəkət tərkibi kimi işləyib. 1950-1951-ci illərdə istehsal edilmiş həmin vaqonlardan biri məhz retro vaqon kimi bərpa edilib.Ümumiyyətlə, “Q” tipli elektrik vaqonlarının istismarı 1983-cü ildə başa çatdırılıb.