z

"Cəfər Cabbarlı"

  • Açıldığı tarix:

    27 oktyabr 1993-cü il

  • Xətt:

    Yaşıl

  • Keçid stansiyasıdır:

    Qırmızı ("İçərişəhər-Həzi Aslanov") xəttin "28 may" stansiyasına keçmək olar

  • Ünvanı:

    Cəfər Cabbarlı meydanı

  • Memarlar:

    S.Qədimova, Xanlar Əhmədov

“Cəfər Cabbarlı”stansiyası

Müstəqillik illərinin ilk stansiyası kimi istismara verilib və Bakı metropoliteninin ilk keçid stansiyasıdır. Görkəmli Azərbaycan mütəfəkkiri, dramaturq, yazıçı, şair Cəfər Cabbarlının adını daşıyır.
1993-cü ildə birinci platforması istismara verilib. 2008-ci ildə ikinci – şərq platforması istifadəyə verildikdən sonra, “Cəfər Cabbarlı-Xətai” mənzilində ikiyollu məkik hərəkət təşkil edilib. Stansiyanın hər iki yolu bir-birindən “28 May” stansiyası ilə aralıdır.
Qatarlar buradan yalnız “Xətai” stansiyasına hərəkət edir. Mövcud perspektiv inkişaf planına uyğun olaraq, Yaşıl və Qırmızı xətlər bir-birindən ayrıldıqdan sonra stansiya tam funksional fəaliyyətə keçiriləcək. Həmin vaxt stansiya ayrıca yol mənzili ilə “Nizami” stansiyasına birləşdirilicək.
Yaxınlaşma dəhlizində gipsdən "Cəfər Cabbarlı və qəhrəmanları" adlı qorelyef quraşdırılıb. Dəhlizlərində qırmızı mərmərdən milli memarlıq ənənələrinə uyğun olaraq "xalça” yığılıb.
Stansiyaya daxil olan qatarlarda Fikrət Əmirovun “Azərbaycan kapriççosu”ndan bir parça səsləndirilir.