z
Hidayət Mahmud oğlu Məmmədov 1963-cü il avqust ayının 28-də İsmayıllı rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu mühəndis inşaatçı ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə təhsil aldığı illərdə Bakı Avtonəqliyyat İdarəsində növbətçi mexanik vəzifəsində başlamış H. Məmmədov 1992-ci ildən Bakı Metropolitenində əvvəlcə tunel qurğuları xidmətində distansiya rəisinin müavini, sonra distansiya rəisi, hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin rəisi və uzun müddət hərəkət xidmətinin rəisi vəzifələrində çalışıb. O, əməkdə göstərdiyi nəticələrə görə 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə «Tərəqqi» medalı, 2014-cü ildə “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilmişdir. 2004-cü ildə “Fəxri dəmiryolçu” döş nişanına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2014-cü il tarixli 661 saylı Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Ailəlidir. Bir oğlu var.