z

İşarəvermə və rabitə xidməti

İşarəvermə və rabitə xidməti

Əsas vəifəsi: İMB (İşarəvermə, mərkəzləşdirmə, bloklama), SAT-ALİ (Sürətin avtomatik tənzimlənməsi və avtomatik lokomotiv işarəverməsi), RPM (Rele prosessor mərkəzləşməsi), MPM (Mikroprosessor mərkəzləşməsi), SCADA (Supervisory Control And Data Acquisition – Dispetçer idarəetməsi və məlumatların toplanması), radiorabitə, xətti rabitə, saat, ANM (Avtomatik nəzarət məntəqəsi) qurğularının və digər texniki vasitələrin saz vəziyyətdə saxlanılması və qatarların hərəkət təhlükəsizliyini təmin edir.
Tarixi: Azərbaycan SSR Nazirlər Sovetinin 1966-cı il 16 avqust tarixli 444 saylı qərarı ilə təsisi edilib.
 Vəzifələri:
•    İMB, SAT-ALİ, RPM, MPM, SCADA, Rabitə, ANM qurğularının və digər texniki vasitələrin qatarların maksimum sürətlərlə təhlükəsiz hərəkətini təmin edən vəziyyətdə saxlanılması;
•    Sərnişinlərə yüksək mədəni xidmət göstərilməsi;
•    “Bakı Metropoliteni” QSC-də qüvvədə olan qayda və təlimatlara, texniki şərtlərə, texnoloji proseslərə, “Bakı Metropoliteni” QSC sədrinin əmr və sərəncamlarına əməl edilməsi;
•    Texniki vasitələrin istismar etibarlılığının yüksəldilməsi və texnoloji proseslərin təkmilləşdirilməsi;
•    Yeni texnika və qabaqçıl texnologiyaların tətbiqi, əməyin mütərrəqi üsulları, səmərələşdirici təkliflər, əmək məhsuldarlığının artırılması və istehsalatın texniki inkişafı ilə əlaqədar tədbirlərin hazırlanması;
•    Aşkar edilən nöqsanların operativ aradan qaldırılmasının təmin edilməsi, nasazlıqların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanması;
•    Texnoloji normativlərin, təlimatların və başqa texniki sənədlərin hazırlanması;
•    Xidmətin texniki sənədlərinin təlimatlara uyğun vəziyyətdə saxlanılması və yoxlanması;
•    İstehsalat gücündən və sahələrindən daha optimal istifadə edilməsi, əmək proseslərinin mexanikləşdirilməsinə və avtomatlaşdırılmasına diqqət yetirilməsi;
•    İstifadəsində olan bina və tikililərin, qurğu və avadanlıqların, texniki vasitələrin saz vəziyyətdə saxlanılması, onlardan daha səmərəli istifadə olunması;
•    Xidmətin inkişafının əsas istiqamətlərinin, elmi-texniki və sosial-iqtisadi proqramlarının hazırlanması;
•    Sərnişinlərin daşınması və onlara xidmət göstərilməsi üzrə müəyyən olunmuş vahid standartların, normaların və tələblərin yerinə yetirilməsi;
•    Əməyin mühafizəsinin və təhlükəsizlik texnikasının, obyektlərin yangın təhlükəsizliyinin, istehsalat mədəniyyətinin yüksəldilməsi, əməyin təşkili, onun normallaşdırılması və haqqının ödənilməsi;
•    Xidmətin fəaliyyəti üzrə hesabatlarının “Bakı Metropoliteni” QSC-nin idarə aparatına təqdim edilməsi;
•    Kadrların hazırlanması, işçilərin ixtisasının artırılması planına müvafiq surətdə xidmət işçilərinin ştatının komplektləşdirilməsi;
•    Bölmələrin material-texniki təchizatının təşkil edilməsi və materialların normalara uyğun məsrəfinə nəzarət edilməsi; 
•    Sərnişin daşınmasının maya dəyərinin aşağı salınması, əmək məhsuldarlığının, istehsal effektivliyinin yüksəldilməsi əsasında kollektivin və nəticə etibarı ilə bütövlükdə “Bakı Metropoliteni” QSC-nin işçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və rifahının yüksəldilməsinə, işçilərin peşə səviyyəsinin artırılmasına, onların mənafelərinin müdafiəsinin  təmin olunmasına, digər sosial-iqtisadi məsələlərin həllinə yönəldilən kompleks tədbirlərin həyata keçirilməsinə, eyni zamanda işçilər tərəfindən müəssisədaxili nizam-intizam qaydalarının və əmək qanunvericiliyinin tələblərinə əməl edilməsinə nail olunması.

Xidmətin rəisi: Elçin Məmmədov

 Vəzifələri