z

Təlim-tədris mərkəzi

Təlim-tədris mərkəzi

Əsas vəzifəsi: Cəmiyyətin strukturuna daxil olan qurumların işçilərinin peşə və ixtisas hazırlığının təkmilləşdirilməsini və ixtisaslarının artırılmasını təmin edən yenidən hazırlama və ixtisasartırma statuslu tədris prosesinin təşkili.

Tarixi: “Bakı Metropoliteni” QSC sədrinin 2014-cü il 16 sentyabr tarixli əmri ilə yaradılıb.
Ünvanı: Bakı şəhəri, Azadlıq prospekti, 22 

Vəzifə və funksiyaları 
•    Təlim-tədris prosesini təşkil etmək və idarə etmək;
•    İşçilərin təlim ehtiyaclarını müəyyən etmək, bu sahədə çatışmazlıqları aradan qaldırmaq üçün yüksək səmərəliliyi təmin edən təlim, seminar və kurslar keçirmək, layihələr hazırlamaq və bu sahələr üzrə təkliflər vermək;
•    İşə yeni qəbul olunmuş əməkdaşlara zəruri həcmdə minimum və əsas biliklərin verilməsi məqsədilə ilkin hazırlıq kursları təşkil etmək və onların keçirilməsinə nəzarət etmək;
•    İşçilərin təlimdə fəaliyyətinin qiymətləndirilməsi prosesinin nəticələrini təhlil etmək, Cəmiyyətdaxili qaydalara uyğun olaraq müvafiq hesabatlar hazırlamaq;
•    Cəmiyyətin idarəetmə strukturuna daxil olan bütün qurumlarının ümumi tədris planını formalaşdırmaq və illik təlim-tədris planını hazırlamaq;
•    Tədris prosesini mövcud normativlərə, təsdiq olunmuş qaydalara tam əməl edilməsi şərti ilə həyata keçirmək;
•    Tədris planlarını işləyib hazırlamaq və razılaşdırmaq üçün Cəmiyyət sədrinə təqdim etmək;
•    Əməli fəaliyyət prosesində informasiya-kommunikasiya texnologiyalarından, müasir elmi-texniki informasiyadan səmərəli istifadəni təmin etmək;
•    Təlimin keyfiyyətini yaxşılaşdırmaq, əldə edilən bilikləri və vərdişləri konkret məsələlərin praktik həllinə istiqamətləndirmək;
•    Təlim prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində onların daha da təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
•    Tədris plan və proqramlarını, metodiki göstərişləri, mühazirə konspektlərini və digər elmi-metodiki sənəd və tədris vəsaitlərini nəşr etdirmək;
•    Tədris prosesinə kənar təşkilatlardan, elm və təhsil müəssisələrindən alimlər və mütəxəssislər cəlb etmək;
•    Əməkdaşların təhsili və inkişafı üzrə müvafiq normativ metodoloji sənədləri hazırlamaq, tətbiqini və beynəlxalq təcrübəyə müvafiq olaraq onların təkmilləşdirilməsini təmin etmək;
•    Təlimin keyfiyyətinin yüksəldilməsi məqsədilə yerli və beynəlxalq təlim proqramlarının araşdırılması və seçilməsini həyata keçirmək;
•    İşçilərin təlimi üzrə təşkilati tədbirlərin və müvafıq sənədləşmələrin aparılmasını təmin etmək;
•    Əməkdaşların təlim fəaliyyətlərinin qiymətləndirilməsi formalarını və meyarlarını təsbit edən normativ sənədlərin hazırlanmasını və tətbiq edilməsini təmin etmək;
•    İşçi heyəti üçün təlim fəaliyyətlərinin dəyərləndirilməsinin müəyyən olunmuş müddət ərzində aparılmasını təşkil etmək və ona nəzarəti həyata keçirmək;
•    Təlimə nəzarətin təşkilini və təlim nəticələrinin qiymətləndirilməsini həyata keçirmək;
•    İxtisasartırma kurslarını təhsil qanunvericiliyinə uyğun olaraq işçilərin ixtisaslarının artırılması formasında həyata keçirmək;
•    Xarici təlim imkanlarını təhlil edir və hansı təlim kurslarının vacib olduğunu müəyyən etmək.
•    Təlimin səmərəliliyinin qiymətləndirilməsi üçün metodlar hazırlayır və həyata keçirilməsini təmin etmək;
•    Cəmiyyətin struktur vahidlərinin və tabeliyində olan digər qurumlarının əməkdaşlarının fəaliyyət səmərəliliyinə təsir edəcək amillərin müəyyənləşdirilməsi məqsədilə struktur bölmə rəhbərləri ilə mütəmadi məlumat mübadiləsini aparır və bu sahədə müvafiq təkliflər vermək;
•    Cəmiyyətin aparatına daxil olan struktur bölmələri və tərkibinə daxil olan idarə, müəssisə və təşkilatlarla, həmçinin vəzifə funksiyaları ilə bağlı olaraq ona verilmiş səlahiyyətlər çərçivəsində dövlət və qeyri-dövlət orqanları, o cümlədən peşə məktəbləri ilə əlaqəli şəkildə fəaliyyət göstərmək;
•    Fəaliyyət istiqamətlərinə uyğun olaraq iş prosesindən irəli gələn digər funksiyaları yerinə yetirmək

Təlim-tədris mərkəzinin rəisi: Rüfət Qədəşov