Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi
Əsas vəzifəsi: KİV ilə daim əlaqə saxlamaq, rəsmi və korporativ saytın sosial platformada idarə olunması, mətbuat tədbirlərinin, konfransların, brifinqlərin və müsahibələrin təşkili, press-relizlərin, məqalələrin hazırlanması.
Vəzifələri:
- Qurumun ictimaiyyətlə, media ilə əlaqələr sahəsində xarici və daxili konsepsiyasının işlənib hazırlanmasında iştirakı;
- Qurumun fəaliyyətinə aid məlumatların toplanması və araşdırılması üzrə işlərin həyata keçirilməsi;
- KİV üçün qurumun cari fəaliyyəti haqqında analitik materialların toplanmasının həyata keçirilməsi;
- Daim KİV və ictimaiyyətlə əlaqə saxlanılması;
- Digər struktur bölmələri ilə birlikdə metropolitenin işini, media və geniş ictimaiyyətin maraqlarını nəzər alan, tədbirlərin planlaşdırılmasını, digər tədbirlərin aparılmasının təşkili;
- Dəvət əsasında media, televiziya və radio məkanlarında qonaq və ya ekspert kimi metropoliten işçilərinin iştirakının təmin edilməsi,
- Mətbuat konfranslarında, brifinqlərdə və rəhbər heyətin müsahibələrinin alınmasında iştirakının təşkil edilməsi;
- Mediadan daxil olan sorğuların operativ şəkildə cavablandırlımasının təşkili.
Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi: Bəxtiyar Məmmədov
×