z

“BakıKart” daimi istifadə (plastik) kartın alınması

#

1.BakıKART-ı almaq üçün satış və yükləmə aparatına yaxınlaşın. 

#

2. BakıKART-ı almaq üçün satış və yükləmə aparatının ekranında “BakıKART” düyməsinə basın.

#

3.Ekranda kartın qiyməti göstəriləcək. Məlumatla tanış olduqdan sonra “Davam et” düyməsini basın. Kartın qiyməti 2 manatdır. Diqqət! Aparat qalıq pul qaytarmır.

#

4.Pulu qəbulediciyə daxil edin. Daxil edilən məbləğ ekranda göstərilir. “Davam et” düyməsini basın. Daxil edilən məbləğ kartın dəyərindən artıq olduqda, artıq məbləğ karta yükləniləcək.

#

5.Kartınızı və qəbzinizi aparatdan götürün.