z

Xətlər haqqında

Bakı Metropoliteni

Bakı metropoliteni Azərbaycanın paytaxtı Bakı şəhərində yeraltı xətləri birləşdirən nəqliyyat sistemidir. O, Türk, İslam ölkələri və Yaxın Şərqin ilk metro nəqliyyatıdır. Metropoliten ümumi uzunluğu 40.7 km olan 3 xətdən, 27 stansiyadan ibarətdir. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir.

1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır. 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası istismara verilir.

Bakı metropoliteninin nadirliyi ondan ibarətdir ki, 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çox saylı əyrilər var.

Metropolitenin daha bir özəlliyi Qırmızı və Yaşıl xətləri "28 May" stansiyasında bir müstəvidə birləşməsidir. Nəticədə, "28 May-Həzi Aslanov" və əksinə, qatarlar, faktiki olaraq, bir xətt üzrə hərəkətini davam etdirir.

Xətlər üzrə hərəkət belə təşkil edilir:

Qırmızı: "İçərişəhər-Həzi Aslanov", "İçərişəhər-Bakmil"
               

Yaşıl: "Dərnəgül-Həzi Aslanov", "Xətai-Cəfər Cabbarlı" (məkik hərəkət), "Dərnəgül-Bakmil"

Bənövşəyi: "Avtovağzal-8 Noyabr", “Xocəsən-8 Noyabr”

Keçidlər:

Yaşıl və Qırımızı xətlər üzrə ("Cəfər Cabbarlı-Xətai" mənizlinə): "28 May" və "Cəfər Cabbarlı" stansiyaları

Yaşıl və Bənövşəyi xətlər üzrə: "Memar Əcəmi" stansiyaları (hər xəttin keçid stansiyaları eyni adı daşıyır)