z
14 AVQUST / 2025 / 15:47
“Bakı Metropoliteni” QSC tərəfindən 15.08.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində qanovların döşəməsi və yol ayırıcıları üçün rezin məmulatlarının satınalınması üzrə “Açıq Tender” “29” avqust 2025-ci il tarixə saat 15:00-a keçirilmişdir. Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) “29” avqust 2025-ci il saat 12:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-nin İcraya nəzarət və sənədlərlə iş departamentinin İcraya nəzarət və sənədlərlə iş şöbəsinə təqdim edilməlidir.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.