z
24 SENTYABR / 2025 / 16:46
"Bakı Metropoliteni" QSC tərəfindən 29.09.2025-ci il saat 15:00-da keçirilməsi nəzərdə tutulmuş “Bakı Metropoliteni” QSC üçün boya məhsullarının satın alınması üzrə “Açıq Tender” müsabiqənin təkliflərinin açılmasının müddəti 13.10.2025-ci il saat 15:00-a keçirilmişdir. Bununla əlaqədar təchizatçılar müsabiqədə iştirak etmək üçün təklif zərflərini 13.10.2025-ci il saat 12:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi,16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-yə təqdim etməlidirlər.Zərflər 13.10.2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi,16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-də açılacaqdır. Şərtlər toplusuna dair izahat üçün son müddət 06.10.2025-ci il saat 15:00-a kimi, şərtlər toplusuna dəyişiklik üçün son müddət 08.10.2025-ci il saat 15:00-a kimi və təklifin ən azı 11.12.2025-ci il tarixinə qədər qüvvədə olması nəzərə alınsın. Təklifin təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən 30 (otuz) iş günü çox olmalıdır. Xahiş edirik nəzərə alasınız.
“Bakı Metropoliteni” QSC-nin
Satınalma Komissiyası