z

"ET-3M" və "ET-5M" tipli eskalatorların ehtiyat hissələrinin satın alınmasına dair bildiriş

"ET-3M" və "ET-5M" tipli eskalatorların ehtiyat hissələrinin satın alınmasına dair bild...

29 SENTYABR / 2025 / 15:36

"Bakı Metropoliteni" QSC tərəfindən 03.10.2025-ci il saat 14-00-da keçirilməsi nəzərdə tutulmuş “Bakı Metropoliteni” QSC üçün "ET-3M" və "ET-5M" tipli eskalatorların ehtiyat hissələrinin satın alınması üzrə “Açıq Tender” müsabiqənin təkliflərinin açılmasının müddəti 17.10.2025-ci il saat 14:00-a keçirilmişdir. Bununla əlaqədar təchizatçılar müsabiqədə iştirak etmək üçün təklif zərflərini 17.10.2025-ci il saat 12:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi,16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-yə təqdim etməlidirlər. Zərflər 17.10.2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 14:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi,16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-də açılacaqdır. Şərtlər toplusuna dair izahat üçün son müddət 10.10.2025-ci il saat 14:00-a kimi, şərtlər toplusuna dəyişiklik üçün son müddət 14.10.2025-ci il saat 14:00-a kimi və təklifin ən azı 17.12.2025-ci il tarixinə qədər qüvvədə olması nəzərə alınsın. Təklifin təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən 30 (otuz) iş günü çox olmalıdır. 
Xahiş edirik nəzərə alasınız. “

Bakı Metropoliteni” QSC-nin
Satınalma Komissiyası