z
30 OKTYABR / 2025 / 12:15
“Bakı Metropoliteni” QSC tərəfindən 03.11.2025-ci il tarixdə saat 15:30-da keçirilməsi nəzərdə tutulan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində qanovların döşəməsi və yol ayırıcıları üçün rezin məmulatlarının satınalınması üzrə “Açıq Tender” 12.11.2025-ci il tarixə saat 15:30-a keçirilmişdir. Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 12.11.2025-ci il saat 12:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-nin İcraya nəzarət və sənədlərlə iş departamentinin İcraya nəzarət və sənədlərlə iş şöbəsinə təqdim edilməlidir. Zərflər 12.11.2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 15:30-da Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi,16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-də açılacaqdır. Şərtlər toplusuna dair izahat üçün son müddət 03.11.2025-ci il saat 15:30-a kimi, şərtlər toplusuna dəyişiklik üçün son müddət 05.11.2025-ci il saat 15:30-a kimi və təklifin ən azı 13.01.2026-cı il tarixinə qədər qüvvədə olması nəzərə alınsın. Təklifin təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən 30 (otuz) iş günü çox olmalıdır. Xahiş edirik nəzərə alasınız. “
Bakı Metropoliteni” QSC-nin Satınalma Komissiyası.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.