z

Bakı Metropoliteninin Qırmızı və Yaşıl Xətləri üzrə mövcud tunellərin və stansiyaların plana alınması, cizgilərin, GİS xəritələrinin və 3D (Digital Twin) modelinin hazırlanması işlərinin satın alınmasına dair bildiriş

Bakı Metropoliteninin Qırmızı və Yaşıl Xətləri üzrə mövcud tunellərin və stansiyaların ...

12 MAY / 2026 / 15:16

“Bakı Metropoliteni” QSC tərəfindən 14.05.2026-cı  il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan Bakı Metropoliteninin Qırmızı və Yaşıl Xətləri üzrə mövcud tunellərin və stansiyaların plana alınması, cizgilərin, GİS xəritələrinin və 3D (Digital Twin) modelinin hazırlanması işlərinin satın alınması üzrə “Açıq Tender” 26.05.2026-cı il tarixə saat 15:00-a keçirilmişdir. Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, 1 (bir) əsil və 2 (iki) surət olmaqla (təqdim olunan sənədlər ayrıca zərflər şəklində formalaşdırılmalıdır (qiymət təklifi zərfi və texniki məlumatlar zərfi)) 26.05.2026-cı il saat 12:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-nin İcraya nəzarət və sənədlərlə iş departamentinin İcraya nəzarət və sənədlərlə iş şöbəsinə təqdim edilməlidir. Zərflər 26.05.2026-ci il tarixdə, Bakı vaxtı ilə saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi,16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-də açılacaqdır. Şərtlər toplusuna dair izahat üçün son müddət 19.05.2026-ci il saat 15:00-a kimi, şərtlər toplusuna dəyişiklik üçün son müddət 21.05.2026-cı il saat 15:00-a kimi və Təklifin qüvvədə olma müddəti zərflərin açıldığı gündən etibarən azı 40 bank günü qüvvədə olmalıdır. Təklifin təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən azı 30 (otuz) iş günü çox olmalıdır. Xahiş edirik nəzərə alasınız.


“Bakı Metropoliteni” QSC-nin
Satınalma Komissiyası

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.