z
20 MAY / 2026 / 16:05
“Bakı Metropoliteni” QSC tərəfindən 22.05.2026-cı il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan “M tipli” qapılar üçün ehtiyat hissələrinin satın alınması üzrə “Açıq Tender” 05.06.2026-cı il tarixə saat 15:00-a keçirilmişdir. Müsabiqə sənədləri 3 (üç) nüsxədə - 1 (bir) əsli və 2 (iki) surəti olmaqla təqdim olunmalıdır. Texniki sənədlər, kommersiya təklifi və bank təminatı sənədlərinin hər biri ayrıca zərflərdə yerləşdirilməli, zərflər bağlı, imzalanmış və möhürlənmiş şəkildə 05.06.2026-cı il saat 12:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-nin İcraya nəzarət və sənədlərlə iş departamentinin İcraya nəzarət və sənədlərlə iş şöbəsinə təqdim edilməlidir. Zərflər 05.06.2026-cı il tarixdə, saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi,16 ünvanında yerləşən, “Bakı Metropoliteni” QSC-də açılacaqdır. Şərtlər toplusuna dair izahat üçün son müddət 26.05.2026-cı il saat 15:00-a kimi, şərtlər toplusuna dəyişiklik üçün son müddət 02.06.2026-cı il saat 15:00-a kimi və Təklifin qüvvədə olma müddəti zərflərin açıldığı gündən etibarən azı 40 bank günü qüvvədə olmalıdır. Təklifin təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən azı 30 (otuz) iş günü çox olmalıdır. Xahiş edirik nəzərə alasınız.
“Bakı Metropoliteni” QSC-nin Satınalma Komissiyası
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır