z
10 IYUN / 2022 / 10:44
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, Cəmiyyətin sədri Zaur Hüseynov və Cəmiyyətin digər vəzifəli şəxsləri iştirak ediblər.
İclasda Cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyəti müzakirə olunub, Audit, habelə Strategiya və investisiyalar komitələrinin yeni tərkibləri təsdiq edilib. Həmçinin Cəmiyyətin korporativ strukturuna daxil olan bölmələrin ştat cədvəlinin təsdiq edilməsinə razılıq verilib.
İclas iştirakçıları Cəmiyyətin cari fəaliyyəti ilə əlaqədar olan digər məsələləri də müzakirə ediblər.
Qeyd edək ki,“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.