z

“Xocəsən” stansiyasına qatarların hərəkət cədvəli

“Xocəsən” stansiyasına qatarların hərəkət cədvəli

25 IYUN / 2023 / 12:10

Bənövşəyi xəttin 2022-ci ilin dekabr ayında istifadəyə verilmiş yerüstü “Xocəsən” stansiyasına qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytının müvafiq bölməsinə yerləşdirilib.
Eyni zamanda xəttin “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarından “Xocəsən” stansiyası istiqamətində hərəkət edən qatarların cədvəlləri ilə saytda tanış olmaq mümkündür. 
Gələcəkdə cədvəllərə ediləcək dəyişikliklər barədə müntəzəm olaraq, sərnişinlərə məlumat veriləcək.
Bənövşəyi xətt üzrə qatarların “Xocəsən” stansiyasına hərəkət cədvəli ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: