z
6 noyabr 1972-ci il
Qırmızı
100 m
Q.Qarayev prospekti
Hənifə Ələsgərov, Ələsgər Hüseynov, rəssamlar: İ.Zeynalov, C.Qasımov və R.Xələfov
Qırmızı xəttin 9-cu stansiyasıdır. “Bakı Soveti-Neftçilər" sahəsində açılıb. 1917-ci ildə Oktyabr inqilabının rəmzinə çevrilmiş “Avrora” gəmisinin şərəfinə adlandırılmış stansiyada mövzu birbaşa məşhur kreyserlə bağlı olub. Platformanın işıq saçan sütunları tavanı örtən incə naxışlar açılmış tavandakı “şəbəkə” elementində yerləşdirilmiş plafonların işığı ilə ahəngdarlıq yaradır, ovqatı yüksəldən, bayram təəssüratı yaradan elementə çevrilirdi.
Yeraltı vestibülün qurtaracaqlarındakı divar döymələrdə (“çekanka”) əks olunan silahlı qiyam, V.İ.Leninin və “Avrora” gəmisinin siluetləri mövzunun şah damarı idi. Əks istiqamətdə yerləşən divarlarda isə Sovet hakimiyyəti illərində Azərbaycan SSR-nin əldə etdiyi nailiyyətlər yer alırdı.
Müstəqillik əldə edildikdən sonra stansiyanın adı dəyişdirilərək, dünya şöhrətli yenilikçi bəstəkar Qara Qarayevin adı verildi. Stansiyanın pilləkən üzərindəki ara tavan divarında musiqisini əks etdirən lövhə işlənib.
2017-ci ildə stansiyanın keçidləri və kassa zalında təmir işləri aparılaraq, divarlarda stansiyanın adına uyğun olaraq, ağ və qara rəngli elementlərdən ibarət fortepiano dillərinin, döşəməsinə musiqi açarının təsviri işlənib.
Stansiyaya daxil olan qatarlarda Qara Qarayevin "Yeddi Gözəl" baletindən fraqment səslənir.