z

"Əhmədli"

  • Açıldığı tarix:

    28 aprel 1989-cu il

  • Yollarının uzunluğu:

    100 m

  • Xətt:

    Qırmızı

  • Ünvanı:

    Məhəmməd Hadi küçəsi

  • Memarlar:

    “Bakımetrolayihə” İnstitutu

"Əhmədli"stansiyası

“Bakı Soveti-Əhmədli” yol mənzili sahəsində Sovet hakimiyyəti dövründə istismara verilmiş sonuncu stansiyadır.
Stansiyanın memarlığı sadə, yığcamdır. Lakin bu sadəlikdə stansiyanın yerləşdiyi ərazinin tarixi ilə ahəngdarlığı da var. Dördbucaq sütunlar ağ mərmər və qəhvəyi qranit kompozisiyasına bürünüb. Sanki məscid minarələri onun tavanının yükünü üzərinə götürüb.
Döşəmə boz qranitdəndir və ağ mərmər zolaqla haşiyələnir. Ağ mərmər zolaq sütunlar boyunca çəkilməklə hər sütunun yanından başlanmaqla mərkəzə doğru davam edir və sütunlararası tən orta hissədə düz bucaq altında kəsişir və bununla da özünəməxsus altıbucaqlılarla bütün stansiya boyunca davam edir.
Yol divarlarının üzlüyü qatar səviyyəsindən bir az yuxarı hissədə tamamlanır. Açıq boz rəngli mərmərlə üzlənmiş divarda isə döşəmədəki altıbucaqlı kəsişən zolaqlar kompoziyası Azərbaycan xalçaçılıq məktəbi ənənələrinə uyğun olaraq daha incə şəkildə davam edir.
“Həzi Aslanov” stansiyası istismara verilənə qədər sonuncu stansiya idi. Buna görə də stansiyanın qarşısında keçid kamerası qoyulub və bu da ənənvi bahalı ikiyollu dalan inşa olunmasından yan keçməyə imkan vermişdi. Nəticədə qatarların hər iki yola qəbul olunub yola salınması mümkün olmuşdu. Lakin hər iki yoldan yalnız gur saatlarda istifadə olunurdu. Qalan vaxtlarda yollardan yalnız biri fəaliyyətdə idi.
Stansiyaya daxil olan qatarlarda bəstəkar Tofiq Quliyevin “Bakı” mahnısından fraqment səslənir.