z
16 fevral 1972-ci ildə anadan olub.
1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehsalın iqtisadiyyatı və idarəedilməsi” fakültəsini, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.
2005-ci ildə və Azərbaycan Dövlət Neft Akademiyasının Biznesin idarəedilməsi MBA proqramı üzrə ABŞ Corciya Universitetinin magistr dərəcəsini alıb.
1994-cü ilin noyabr ayından Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı, şöbə rəisi, baş idarə rəisinin müavini və 2015-ci ildən hazırdək nazirliyin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidentinin 30 mart 2021-ci il tarixli Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvü təyin edilib.
Evlidir, üç övladı var.