z

Rəhman Hümmətov

Haqqında

1977-ci il iyulun 1-də Şəkidə anadan olub. 
1998-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu biznesin təşkili və idarə olunması ixtisası, 2000-ci ildə həmin İnstitutun magistratura bölməsini mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə fərqlənmə diplomları ilə bitirib. 2000-2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspirantura bölməsini bitirərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb.
1998-2008-ci illərdə Azərbaycan Respublikasının Milli Bankında müxtəlif vəzifələrdə, 2006-2016-cı illərdə Azərbaycan Respublikası Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun İcraçı direktorunun müavini vəzifəsində çalışıb. 2016-2018-ci illərdə “Azərbaycan İpoteka Fondu” ASC-nin İdarə Heyətinin üzvü olub.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il tarixli Sərəncamı ilə 2018-2021-ci illərdə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 
2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
2024-cü il iyul ayının 24-də Azərbaycan Respublikası Prezidentinin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvü təyin edilib.
İngilis, türk və rus dillərini bilir.
Ailəlidir.