z

Günel Cavadova

Haqqında

1985-cı il mayın 18-da Bakı şəhərində anadan olub.
2001-2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
2005-2008-ci illərdə Bakı Dövlət Universitetində hüquq üzrə magistr dərəcəsi alıb.
2006--2016-cı illərdə bank sektorunda müxtəlif vəzifələrdə çalışıb. 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında İstehlakçıların hüquqlarının müdafiəsi idarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib. 2018-2021-ci illərdə “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin Hüquq departamentinin direktoru vəzifəsində çalışıb.
2021-ci ildən Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri vəzifəsində fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 30 mart 2021-ci il tarixli Sərəncamı ilə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının üzvü, 16 may 2022-ci il tarixli Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvü təyin edilib.