z

Rəşad Nəbiyev

Haqqında

1977-ci ildə anadan olub.
1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb.
2000-2002-ci illərdə ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində işləyib.
2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışıb.
2004-2011-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.
2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Azərkosmos” ASC-nin sədri vəzifəsinə təyin edilib.
2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
2023-cü il  aprelin 26-da  Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib.
Ailəlidir, 3 övladı var.