z

Azad Mustafayev

Haqqında

Azad Fəxrəddin oğlu Mustafayev 1968-ci il iyulun 16-da anadan olub.
1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını (indiki - Neft və Sənaye Universiteti) bitirib. İxtisasca energetika mühəndisidir.
“Azərenerji” ASC-də istehsalat-texniki şöbənin rəis müavini, “Azərişıq” ASC Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifələrində çalışıb.
2019-cu ildə “Bakı Metropoliteni” QSC-də istismar üzrə baş mühəndisin müavini kimi fəaliyyətə başlayıb.
2023-cü il avqustun 1-də “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi təyin edilib.
Ölkənin energetika sisteminin təkmilləşdirilməsi və inkişafı sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
Ailəlidir. Bir oğlu və bir qızı var.