z

“Bakı Metropoliteni” QSC-nin nümayəndəsi BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 30-cu sessiyasında iştirak edib

“Bakı Metropoliteni” QSC-nin nümayəndəsi BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə...

14 MART / 2024 / 10:54

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin Cenevrə şəhərində keçirilən 30-cu sessiyasında iştirak edib.
Nümayəndə heyətinin tərkibində “Bakı Metropoliteni” QSC-ni İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi Əli Əliyev təmsil edib.
Sessiyada A.Kərimov BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Azərbaycan hökumətinin dövri məruzəsini təqdim edib.
Tədbirdə çıxış edən Əli Əliyev Bakı metropoliteninin şəhər ictimai sərnişindaşıma nəqliyyatında yeri və rolundan danışaraq, gündəliyin mövzusu ilə bağlı son illərdə görülmüş işlər, həyata keçirilmiş layihələrdən də bəhs edib. O bildirib ki, 1967-ci ildə Sovet dövründə istifadəyə verilən Bakı metropoliteninin infrastrukturunda bu nəqliyyat növündə əlilliyi olan şəxslərin hərəkət etməsi nəzərdə tutulmayıb. Lakin müasir dövrdə inşa olunan stansiyalar liftlərlə təchiz edilir. Bundan əlavə, Bakı metropoliteni 2019-cu ildən dünya təcrübəsini də öyrənməklə “Əlçatan metro” layihəsinin tətbiqinə başlayıb. Ümumiyyətlə, bu məsələ diqqətdə saxlanmaqla bütün sosial kateqoriyadan olan sərnişinlərin metropolitendən istifadəsinə şərait yaradılması istiqamətində tədbirlər davam etdirilir.