z

Xarkov metrosu işini bərpa edib

Xarkov metrosu işini bərpa edib

26 MAY / 2022 / 20:03

Ukrayna–Rusiya müharibəsinin 3 ayının tamamında – mayın 24-də Xarkov metropoliteni fəaliyyətini bərpa edib. İlk qatarlar hazırda 30 dəqiqəlik intervalla hərərkət edirlər.
Şəhər rəhbərliyindən jurnalistlərə bildirilib ki, artıq mayın 25-dən “Xolodnoqor –Zavod” xəttində interval 10 dəqiqəyə, digər xətlərdə isə 15 dəqiqəyə endirilib. Məlumatda deyilir ki, rus ordusu tərəfindən bombalanan depoda vaqonların bir hissəsi sıradan çıxdığı üçün xətdə qatarların sayını artırmaq mümkün deyil. 6 qatar  müxtəlif dərəcəli zədələrə məruz qalıb. Bəzi qatarlar üçün şüşə alınmalıdır. Elə vaqonlar da var ki, zədələri daha böyükdür. Şəhər idarə aparatının rəhbəri İqor Terexov yeraltı nəqliyyatın infrastrukturunu qısa müddətdə bərpa edən metropolitençilərə minnətdarlığıni bildirib. Hazırda 1200 metropolitençi işə başlayıb. Metroda işləmək arzusu ilə xeyli sayda müraciətlər var.
Bu günlər metro qatarları, “Akademik Pavlov” stansiyası ilə “Əmək qəhrəmanları” stansiyaları arasındakı sahə istisna olunmaqla, bütün istiqamətlərdə hərəkət edir. “Universitet” stansiyası isə ancaq keçid qovşağı kimi işləyir.
Metro 7-dən 19-a kimi sərnişinlərin xidmətindədir.