z
28 MART / 2023 / 15:08
Açılış tarixi-28 mart 1988-ci il
Sərnişinaxını-45,430
Marşrut sayı-2
Stansiyaların sayı-18
Şəbəkənin uzunluğu-15,2 km
İki xətti var. Birinci xətt “Tibaminato” stansiyasından “Kentö-mae”stansiyasına kimi, ikinci xətt isə Çiba stansiyasından “Tisoraday” stansiyasına kimi uzanır. Xətlər arasında keçidlər mövcuddur.
8 km-lik olan ilk sahəsi 1988-ci il martın 28-də istismara verilib. On bir ildən sonra (indiki ikinci xətt) 1999-cu il martın 24-də digər qalan sahələr də açılıb və beləliklə də monorels indiki görünüşə sahib olub. Uzunluğu 3,4 km olan birinci xətti 5 stansiyaya ilə “Kentö-mae”dən Çibanın bələdiyyə xəstəxanasına kimi uzatmaq təklif olunurdu. Lakin 2004-cü ildə qiymətləndirmə komitəsi xəttin uzadılmasına ehtiyac olmadığı qərarına gəldi və kifayət qədər səmərə verməyən “Çiba”stansiyasından “Kentö-mae” stansiyasına kimi olan sahənin bağlanmasını təklif edib. Xəttin Çiba universitetinə kimi 2 kilometrə qədər uzadılması məsələsinə baxılır.