z
22 YANVAR / 2023 / 09:42
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 22-də şəhərin mərkəzini İstanbul hava limanı ilə birləşdirən sürətli yeni metro xəttinin açılışında iştirak edib.
Türkiyənin nəqliyyat və infstraktur naziri Adil Karaismayıloğlu daha öncə efirdə qeyd edib ki, sürəti saatda 120 km olan metro xətti İstanbulun hava limanına kimi uzanmaqla Avropanın ən sürətli metrosu olacaq. 34 km-lik xətt Türkiyənin və dünyanın ən böyük hava limanını İstanbula birləşdirən ilk dəmiryol xəttidir. Gündəlik 800 min sərnişindaşıma həcminə malik yeni metro xəttilə artıq Kağıthanedən İstanbul hava limanına 24 dəqiqəyə çatmaq mümkündür.
Rəsmi olaraq 2018-ci il oktyabrın sonunda açıldığı elan olunan, daha sonra bütövlüklə 2019-cu il aprel ayında istismara verilən İstnabul hava limanı Avropanın ən böyük sərnişin yükünə malik hava limanı hesab olunur. Ötən il orada gün ərzində orta hesabla 1156 reys qeydə alınıb.
Xəttin açılışındakı çıxışında prezident, həmçinin, əlavə edib ki, istifadəyə verilən yeni metro xətinin işarəvermə sistemi Türkiyənin aparıcı “Aselsan” şirkəti ilə Elmi və Texnoloji Araşdırmalar Şurası (TUBITAK) tərəfindən işlənib.
Türkiyə, həmçinin, İstanbul və Ankaranın hava limanlarını yüksək sürətli dəmir yolu xətti ilə birləşdirməyi planlaşdırır.