z
28 MART / 2023 / 14:53
Ölkə-İtaliya
Yerləşmə- Neapol
Gündəlik sərnişin daşıma 470 min
İllik sərnişin daşıma 171,55 milyon
Xətlərin sayı-3
Stansiyaların sayı-34
Xətlərin uzunluğu-34,8 km
Neapol metropoliteni şəhərin sürətli nəqliyyat sisteminə daxil olmaqla metropolitenin öz xətlərindən, şəhərətrafı dəmiryol xətlərindən, həmçinin dörd funiklyordan ibarətdir.
Piscinola-Garibaldi xətti (sarı) 18 stansiyadan ibarətdir. Dərin özüllüdür, şimal hissəsi yerüstüdür. Xəttin uzunluğu 18 km-dir. Şəhərin tarixi mərkəzini şimal hissə ilə birləşdirir.
Pozzuoli-Gianturco xətti 12 stansiyadan ibarətdir. Xəttin uzunluğu 16 km-dir.
Mostra-Mergelina xətti (mavi) 4 stansiyadan ibarətdir, 2006-cı ildə tikilib. Şəhərin qərb hissəsindən keçir. Xəttin uzunluğu 2,3 km-dir.
Xətlər fərqli operatorla idarə olunur. 1-ci və 6-cı xətt Metronapoli, 2-ci xətt isə Trenitalia operatorları ilə idarə olunur.
1-ci xətt 06:00-dan 23:00-dək, 6-cı xətt isə 07:30-dan 14:30-dək işləyir. Sərnişin axını çox olduqda qatarlararası interval 6 dəqiqə, gün ərzində 8-10 dəqiqə, 21:00-dan sonra isə 15 dəqiqə təşkil edir.
Neapol metropoliteni müstəqil şirkətlər tərəfindən idarə olunur avtobuslar, tramvay və trolleybus ilə birlikdə vahid bilet sistemi tətbiq olunur. Neapol metropolitenində gediş haqqı 1.20 avro təşkil edir. Həmçinin bütün nəqliyyat növlərində limitsiz gedişləri ilə olan 90 dəqiqəlik bilet mövcuddur. Bundan əlavə, 4.20 avroya olan gündəlik, 12.50 avroya birhəftəlik, 35.00 avroya aylıq biletlər satılır.