z

Kraliça yeni metro xəttini açıb

Kraliça yeni metro xəttini açıb

24 MAY / 2022 / 20:07

Böyük Britaniya paytaxtı Londonda Kraliça II Elizabetin iştirakı ilə yerüstü və yeraltı dəmir yolu şəbəkəsinə inteqrasiya olunmuş “Krossreyl” (Crossrail) dəmir yolu nəqliyyatının yeni istiqaməti açılıb. Kralıça bu məqsədlə Paddinqton vağzalına gəlib. O adi sərnişin kimi ilk hərəkət edəcək qatara birinci bilet alan sərnişin olub. Qeyd edək ki, bu xətt Kraliçanın şərəfinə Elizabet xətti adlandırılıb.
Açılışa onun oğlu vəliəhd Eduardın gələcəyi gözlənilsə də, digər sərnişinlər kraliçanı görərək heyrətləniblər. Qeyd edək ki, bu, Kraliçanın ilk açdığı xətt deyil. Buna qədər o, Viktoria xəttinin açılışını da 1969-ci il msrtın 7-də edib.
İlkin mərhələdə qatarlar bazar günü istisna olmaqla, həftənin altı günü səhər saat 06:30-dan axşam 23:00-dək hərəkət edəcək.
Hazırkı Böyük Britaniya monarxının adını daşıyan “Yelizavet” xəttinin açılışı taxta çıxmasının 70 illiyi münasibətilə keçiriləcək genişmiqyaslı milli bayramlara təsadüf edir.
Qatarlar doqquz vaqondan ibarətdir və 1500-dək sərnişini qəbul edir. Hər il, təxminən, 200 milyon insanın “Crossrail”dən istifadə edəcəyi gözlənilir.
Xatırladaq ki, inşasına 2009-cu ildə başlanılan layihə 19 milyard funt-sterlinqə (23,7 milyard ABŞ dolları) başa gəlib. “Crossrail”in yaradılması prosesinə ümumilikdə 75 minə yaxın insan cəlb olunub.