z

Dnepr metropoliteninin üç yeni stansiyası

Dnepr metropoliteninin üç yeni stansiyası

09 FEVRAL / 2022 / 20:16



2014-cü ildə Britaniyanın "İlin ən yaxşı layihəsi" kimi nüfuzlu mükafata layiq görülən Heydər Əliyev mərkəzi layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadidin arxitektura bürosu Ukraynanın Dnepr şəhərində 3 yeni metro stansiyasının layihə işlərinə başlayıb.  Zaha Hadid Architects Moskva metrosunun Böyük dairəvi xəttində istifadəyə veriləcək “Klyonovıy bulvar” stansiyasının dizaynı üzrə 2020-ci ilin avqust ayında keçirilən beynəlxalq müsabiqənin qalibi olub. Dizaynın əsas elementi kimi işıq seçilib.
Verilən məlumata görə Dnepr metropoliteninin sifarişi üzrə işlər 2025-ci ildə başa çatdırılacaq. Arxitektorlar adları “Teatralnaya”, “Sentralnaya” və “Muzeynaya” kimi müəyyən edilmiş yeni stansiyaların dizayn görüntülərini təqdim ediblər. Onlar stansiyaların giriş pavilyonlarını hamar əyri konstruksiyalar şəklində işləyiblər. Tikilidə, demək olar ki, sərt bucaqlar yoxdur. Əsas material olaraq yerli tökmə zavodlarında istehsal olunan emal edilmiş polad götürülüb. Bununla da layihə müəllifləri şəhərin polad emalı sahəsindəki təcrübəsini və konstruksiyaların şəhər əhalisinə daha yaxşı tanış olmasını qabartmaq istəyiblər. 
Stansiyaların dizaynı əyri xətlər və dairəvi konstruksiyalar ideya tapıntısının təkrarıdır. Büro stansiyalar üzrə naviqasiyanı (yerin müəyyənləşdirilməsi) intuisiya üzrə anlaşılma həddində işləyəcək. Bu layihə metro xətlərinin uzunluğunu dörd kilometr artıracaq, şəhərin şərq hissəsini mərkəzlə birləşdirəcək.