z

Böyük dairəvi xətdə yeni sahə

Böyük dairəvi xətdə yeni sahə

13 DEKABR / 2021 / 20:17

Dekabrın 7-də Moskva metrosunun Böyük dairəvi xəttinin (BDX) yeni stansiyalarının açılışında Rusiya prezidenti Vladimir Putin və Moskva meri Sergey Sobyanin iştirak ediblər.  Sergey  Sobyanin BDX-nın son dərəcə gərəkli və mürəkkəb layihə olduğunu bildirib. “Bu, Moskva Mərkəzi dairəvi yolu ilə birlikdə Rusiya paytaxtının və onun bütün nəqliyyat qovşağının, sözün əsl mənasında,yeni dayaq karkasıdır”- deyib Moskva meri.
Prezident Vladimir Putin yeni stansiyaların açılış mərasiminə videorabitə vasitəsilə qoşulub. Böyük dairənin yeni sahəsində hərəkət “Mnevnikov” stansiyasından başlamaqla “Kaxovskaya” stansiyasına kimi davam edib.
Eyni vaxtda 10 yeni stansiyanın istifadəyə verilməsi görünməmiş hadisədir. Stansiyalardan dördü  - “Novator”, “Voronsov”, “Zyuzino” və “Kaxovskaya” cənub-şərq istiqamətindədir. Yeddi stansiyadan metronun 7 radial və  mərkəzi diametrin 2 xəttinə keçid mümkündür. Yeni xətt metronun mərkəzi hissəsinin yükünü azaldacaq.
BDX-da 31 stansiya olacaq, bununla da o, dünyanın ən uzun dairəvi metro xəttinə çevrilə bilər