z

Stansiyada istirahət zonası

Stansiyada istirahət zonası

03 DEKABR / 2021 / 20:19

Moskva metrosunun Sokolniki xəttinin “Salaryevo” stansiyasında ilk istirahət zonası təcrübədən keçirilir. Sərnişinlər üçün ayrılmış həmin zonada komfortlu şəkildə vaxt keçirmək və qadjetləri enerji ilə təmin etmək mümkün olacaq.
Sözü gedən yeni zona stansiya perronunda deyil, metronun geniş yeraltı vestibülündə yerləşir. Oraya stansiyanın ikinci çıxışından başlayıb, “Salaris” ticarət mərkəzindən keçən yol ilə düşmək olar.  
Qadjetlərin enerji ilə təmin olunması üçün hər iki tərəfdən yerlər ayrılıb,onlar uzaqdan göy rəngdə işıq diodları ilə nəzərə çarpırlar. Orada 12 qadjeti bir vaxtda enerji ilə təmin etmək mümkündür.
Metronun “Salaryevo” stansiyası yeni stansiya olmağına baxmayaraq (2016-ci il), orada qadjetlərin enerji ilə təmin olunması üçün heç bir yer ayrılmayıb. “Sokolniki” xətti üzrə hərəkət edən qatarlarda da belə yerlər yoxdur. Bu xüsusən qış mövsümündə diskomfort yaradır,bu zaman bütün qadjetlərin akkumlyatorları daha tez enerji sərfi edir.
Moskvalılar bu yeniliyi yanvar ayının sonuna kimi sınaqdan keçirəcəklər. Sərnişinlər tərəfindən bəyənilərsə,metronun digər stansiyalarına da tətbiq ediləcək.