z

Rusiya prezidenti Sankt-Peterburq metrosu barədə göstəriş verib

Rusiya prezidenti Sankt-Peterburq metrosu barədə göstəriş verib

17 OKTYABR / 2021 / 20:20

Rusiya prezidenti Vladimir Putin Rusiya hökumətinə, Sankt-Peterburq və Leninqrad vilayətinin hökumət dairələrinə Sankt Peterburq metrosunun 2022-2026-cı illərdə inkişafı üzrə təkliflərinin 30 noyabra kimi təqdim edilməsi barədə göstəriş verib. Orada “Kudrevo " stansiyasının və Leninqrad vilayətinin ərazisində “Pravoberejnaya”deposunun tikintisi də nəzərə alınmalıdır. Göstərişin yerinə yetirilməsinə görə Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin, Sankt-Peterburq və Leninqrad vilayətlərinin qubernatorları Aleksandr Belov və Aleksandr Drozdenko məsul şəxs qismində təyin ediliblər.
Putinin tapşırığına görə, Sankt-Peterburq metropoliteni üçün  950 vaqonun alınması məqsədilə Milli Rifah Fondundan 96, 9 milyard rubl ayırılması məsələsi oktyabrın 20-nə kimi həll olunmalıdır.