z
15 OKTYABR / 2021 / 20:22
Moskva Memarlıq Komitəsi “Krımskaya” stansiyasının dizayn tərtibatını təsdiq edib. Troitsk xəttində 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılan stansiya dekorunun əsas elementi “qağayı-yelkən” tipli çıraqlar olacaq. Stansiya platforması üzərində “süzən qağayılar” insanı Krımın dəniz sahillərinə aparmaqla romantik bir atmosfer yaradacaq.
Memarlıq tərtibatında metal rənglər üstünlük təşkil edir: tavan və əsas sütunlar alüminiumdan hazırlanan pətək tipli panellərlə, divarlar açıq-boz rəngli qranitlə örtüləcək.
Eskalatorlar üzərində “Krım-antik dövrlə bu günün zaman bağlılığı” adlı 2 kompozisiya yerləşdiriləcək.
“Krımskaya metro stansiyası Moskvanın Don rayonunda tikilir və Moskva Mərkəzi Dairəsinə keçid stansiyası olacaq. Stansiyanın yeganə yerüstü vestibülü stansiyanın öz üslub və rənglərinə uyğun tərtibatda olacaq. Vestibülün fasad materialı əsasən pardaxlanmış mərmərlə qranitdən və vitraj konstruksiyalarından ibarət olacaq. Yuxarı hissə üfüqi tirlərlə örtüləcək.