z

Çikaqo metropoliteni-130

Çikaqo metropoliteni-130

06 IYUN / 2022 / 11:07

Çikaqo metropoliteni 1892-ci il iyunun 6-da istismara verilib. 8 xətdən və 145 stansiyadan ibarətdir. Xəttin böyük hissəsi yerüstüdür və ya yerin səthində yerləşir. İki xəttə qırmızı və mavi xətlərdə yeraltı sahələr yerləşir.
Çikaqo metropoliteni Vaşınqton və Nyu-York metropolitenlərindən sonra sərnişin axınına görə üçüncü yerdədir.Ümumi uzunluğu 170,8 км olan Çikaqo metropoliteni xətlərinin  91,9 км-i yerüstü (estakada üzrə ) 59,4 км yer səthi ilə uzanır, 19,5 км isə yerin altından keçir.
1993-cü ildə Çikaqo metropolitenin xətləri rənglər ilə işarələnib.|
Qırmızı xətti ən çox sərnişin axını olan xətdir,orta hesabla 230. 434 sərnişin daşıyır. Xəttin uzunluğu 37,7 km stansiyaların sayı isə 33-dür.
Göy xəttin “Ohare-“Forest-park”marşrutunun uzunluğu 43 kmdir,stansiyalarının sayı 44-dür.
Qəhvəyi xətt 19 stansiyadan ibarətdir.Orta hesabla 66 min sərnişin daşıyır.
Yaşıl xəttin uzunluğu 30 km-dir.Xətt yerüstüdür və 29 stansiyadan ibarətdir.Gündəlik sərnişindaşıma orta hesabla 39 685-dir.
Narıncı xəttin uzunluğu 21 km-dir.17 stansiyadan ibarətdir.Sərnişimdaşıma sayı orta 30 111-dir.
Çəhrayı xətt 18 km-dir. Sərnişindaşıma sayı orta hesabla 13 461 sərnişin təşkil edir.
Bənövşəyi xəttin uzunluğu 6 km-dir.Orta hesabla 9956 sərnişin daşıyır.
Sarı xəttin uzunluğu 8 km-dir.Orta sərnişindaşıma sayı 2651 nəfər təşkil edir.