z

İstanbulda Azərbaycanda Jandarma Təşkilatının qurucusu Behiç Erkinin adını daşıyacaq mərkəzin açılışı olub

İstanbulda Azərbaycanda Jandarma Təşkilatının qurucusu Behiç Erkinin adını daşıyacaq mə...

23 NOYABR / 2022 / 14:33

Noyabrın 23-də İstanbul şəhər Metropoliteninin Asiya qitəsi üzrə Əsas İdarəetmə Mərkəzinin rəsmi açılışı olub. Azərbaycanda Jandarma Təşkilatının qurucusu Behiç Erkinin adını daşıyacaq bu mərkəz İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən inşa edilib.
Şəhərin Asiya qitəsinin bütün dəmir yolu xətləri yeni istifadəyə verilən bu mərkəzdən idarə olunacaq.
Açılış mərasimində İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Metro İstanbulun baş direktoru Özgür Soy, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, QSC-nin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov, Azərbaycan Respublikasının Əməkdar rəssamları Teymur Rzayev və Yaşar Zeynalov, ölkəmizin İstanbuldakı Baş konsulluğunun nümayəndəsi və digərləri iştirak ediblər.
Mərkəzin foyesində hazırlanan Behiç Erkin guşəsi və onun portreti Azərbaycan Respublikasının Əməkdar rəssamı, professor Teymur Rzayev tərəfindən hazırlanıb. Guşədə Behiş Erkinin Azərbaycandakı fəaliyyətlərini özündə əks etdirən informasiya posteri yer alır.
Tədbirdə çıxış edənlər Behiç Erkinin həyat və yaradıcılığı, onun Türkiyədəki dəmir yolu xətlərinin qurulmasındakı əvəzsiz xidmətləri, Azərbaycan göstərdiyi dəstək haqqında danışıblar.
Daha sonra müəssisənin açılışı olub.
Xatırladaq ki, Behiç bəy Azərbaycanda Jandarma Təşkilatının quruluşuna dair qərarnaməni hazırlayıb və bu sənəd heç bir dəyişiklik olmadan 1918-ci il avqustun 3-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri Fətəli xan Xoyski və Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvü İsmayıl xan Ziyadxanov tərəfindən Behiç bəyin iştirakı ilə qəbul olunub.
Sonradan Azərbaycan Jandarma Təşkilatı Bakının azad edərək şəhərin azərbaycanlılar tərəfindən alınması və Bakın paytaxt elan edilməsində Qafqaz İslam Ordusu ilə birlikdə əsas rolu oynayır.
Bununla da Behiç Erkin Azərbaycanda sadəcə Jandarma Təşkilatının yaradılması ilə deyil, həm də şəxsən hərbi təlimlər verərək Azərbaycan tarixinə aid az bilinən tarixi hadisəyə imza atıb.

Mətnə istinad: