z

Metro tarixi

Ümummilli lider Heydər Əliyevin açılışında Azərbaycanın rəhbəri kimi iştirak etdiyi ilk stansiya. “Ulduz” stansiyası. 1970-ci il.
Ümummilli lider Heydər Əliyev “Koroğlu-Neftçilər” sahəsinin açılışında. “Neftçilər” stansiyası. 1972-ci il
Ümummilli lider Heydər Əliyev “Nizami” stansiyasının açılışında memarlarla görüşərkən. 1976-cı il
Ümummilli lider Heydər Əliyev Bakı metropoliteninin sərnişini kimi. 2002-ci il

Tez-tez verilən suallar

Bütün suallar

Metropolitenə işə düzələrkən əmək müqaviləsi bağlanırmı?

Bəli. İşçilərin işə qəbulu yalnız əmək müqaviləsinin bağlanması və dövlət qeydiyyatından keçirilməklə aparılır.

Metropolitendə işləmək üçün nə etmək lazımdır?

Bunun üçün "Karyera" bölməsinin "Elektron ərizə" yarımbölməsindəki anketi doldurub, göndərmək lazımdır. Anket tamamlandıqdan sonra ekranda yaşıl fonda təsdiq məlumatının çıxmasına diqqət edin. Bu, ərizənizin müvafiq bazaya avtomatik yerləşdirilməsi deməkdir. Namizədliyiniz uyğun gəldiyi təqdirdə sizinlə əlaqə saxlanılacaq və müsabiqəyə dəvət olunacaqsınız.

Metropolitenlə əməkdaşlıq etmək üçün nə etmək lazımdır?

"Bakı Metropoliteni" QSC ilə əməkdaşlıq etmək üçün "Əməkdaşlıq" bölməsindəki elektron anketi doldurub, göndərmək lazımdır. Əməkdaşlıq təklifiniz nəzərdən keçirildikdən sonra, uyğun bilinərsə, sizinlə əlaqə saxlanılacaq.

Metropoliten necə işləyir?

Bakı metropoliteni hər gün səhər saat 6-dan gecə 12-dək sərnişinlərin girişinə açıqdır. Qatarlar hər mövsümə uyğun hərəkət qrafiki üzrə müəyyən olunmuş cədvəllə hərəkət edir. Hərəkət qrafiki, əsasən, il ərzində iki dəfə dəyişdirilir. Yeni tədris mövsümünün başlanmasından sonuna qədər hərəkətin gur saatlarında qatarlar arasında interval "28 May-Həzi Aslanov" istiqamətində və əksinə, 2 dəqiqə, "28 May" stansiyasında Yaşıl və Qırmızı xətlər birləşdiyindən "İçərişəhər" və "Dərnəgül" istiqamətlərində interval, müvafiq olaraq, 2 dəfə çox olur. Yay mövsümündə qatarlar saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqəyə bərabər olur.

Balansı necə artırmaq olar?

Kartınızı kart oxuyucusuna yerləşdirin. Kartda olan balans ekranda göstərilir. Balansınızı artırmaq üçün yükləmək istədiyiniz məbləği pul qəbuledici dəliyə daxil edin. Daxil edilən məbləğ ekranda göstərilir.  Diqqət! Aparat qalıq pul qaytarmır. Daxil edilən məbləğ karta yükləndikdən sonra balans ekranda göstərilir və qəbzin alınması üçün “Bəli”, istənilmədiyi halda “Xeyr” düyməsinə basılaraq əməliyyat sona çatdırılır.

Stansiya yoluna düşən əşya necə çıxarılır?

Stansiya yoluna hər hansı əşya düşdükdə, sərnişinlərin özləri müdaxilə etməsi təhlükəlidir. Bu halda platforma nəzarətçisinə və ya yaxınlıqdakı metropoliten əməkdaşına müraciət etmək kifayətdir. Əşyanın dərhal götürülməsi mümkündürsə, metropoliten əməkdaşları onu xüsusi qurğular vasitəsilə təhlükəsiz şəkildə çıxarırlar. Bu mümkün olmadıqda isə əşya gecə növbəsində, gərginlik çıxarıldıqdan sonra götürülür və aidiyyəti üzrə polis şöbəsinə təhvil verilir. Unutmayın: stansiya yoluna düşən hər hansı əşya ilə bağlı mütləq metropoliten əməkdaşına məlumat verilməlidir.

Eskalatorda necə dayanmaq tövsiyə olunur?

Eskalatordan istifadə zamanı təhlükəsizlik üçün sərnişinlərə hərəkət istiqamətində sağ tərəfdə dayanmaq, sürahidən tutmaq tövsiyə olunur. Eskalatorda ehtiyac olmadıqca hərəkət etməmək daha təhlükəsizdir. Qəfil dayanma hallarında isə tarazlığı qorumaq üçün bu qaydalara riayət etmək vacibdir.

Qatarda texniki nasazlıq olarsa, nə etmək lazımdır?

Qatarda texniki nasazlıq baş verərəsə, ən doğru addım maşinistin və metropoliten əməkdaşlarının göstərişlərinə əməl etməkdir. Sərnişinlərin qapıları açmağa cəhd etməsi təhlükəlidir. Təmkinli və səbirli olmaq, ətrafdakı sərnişinləri də sakitliyə dəvət etmək tövsiyə olunur. Əmin ola bilərsiniz ki, Bakı Metropoliteninin əməkdaşları hər zaman sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçün operativ tədbirlər görür və vəziyyəti nəzarətdə saxlayır.

Qatarda və ya stansiyada sahibsiz əşya görərsinizsə, nə etməlisiniz?

Əgər qatarda sahibsiz əşya görsəniz, dərhal “maşinistlə əlaqə” rabitəsi vasitəsilə maşinistə məlumat verin. Sahibsiz əşya stansiyada aşkar edildikdə isə metropoliten əməkdaşına və ya polis əməkdaşına müraciət etmək kifayətdir. Bu cür hallarda operativ məlumat vermək həm sizin, həm də digər sərnişinlərin təhlükəsizliyi üçün çox önəmlidir.