z

Xüsusi fədakarlıq göstərən metropoliten əməkdaşı mükafatlandırılıb

Xüsusi fədakarlıq göstərən metropoliten əməkdaşı mükafatlandırılıb

12 IYUL / 2024 / 10:56

“Bakı Metropoliteni” QSC-nin Mühafizə və yanğın təhlükəsizliyi xidmətinin mühafizəçisi Rəşad Ağalarov paytaxtda baş vermiş cinayət hadisəsinin qarşısının alınmasında xüsusi fədakarlıq göstərib. Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) ictimai asayişin pozulması zamanı nümunəvi vətəndaş mövqeyi nümayiş etdirmiş əməkdaşı mükafatlandırıb.
R.Ağalarova metropoliten rəhbərliyi və kollektivi adından təşəkkür edən MİHİ sədri Bəhruz Əhmədov əməkdaşın cəsarətinin yüksək qiymətləndirildiyini vurğulayıb.
8 ildir Bakı metropolitenində çalışan Rəşad Ağalarova təşəkkürnamə və mükafat təqdim olunub.