z
30 SENTYABR / 2024 / 14:19
“Bakı Metropoliteni” QSC-də Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) V Konfransı keçirilib. İdarənin akt zalında keçirilən yığıncaqda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Musa Mirzəyev, Tbilisi Metro işçiləri Həmkarlar İttifaqları Birliyinin sədri Besik Xaratişvili, habelə müəssisə rəhbərliyinin təmsilçiləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
MİHİ sədri Bəhruz Əhmədov konfransı açaraq bildirib ki, nümayəndə seçilmiş 145 nəfərdən 132-si qeydiyyatdan keçib və yetərsay olduğundan konfransın işinə başlamasını təklif edib. Toplantının işinə başlaması üçün səsvermə yolu ilə rəhbər orqanları - konfrans sədri, rəyasət heyəti, mandat, redaksiya və hesablayıcı komissiyaları, katibliyi seçilib.
Konfransın sədri Bəhruz Əhmədov, rəyasət heyətinə AHİK-in sədr müavini Musa Mirzəyev, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov və aparat rəhbəri Tərlan Dadaşov seçilib.
Konfransın səsvermə ilə təsdiq edilmiş gündəliyinə əsasən, Bəhruz Əhmədov 2017-2024-cü illəri əhatə edən dövr ərzində MİHİ-nin gördüyü işlər barədə geniş hesabat təqdim edib. Çıxış ətrafında müzakirələr aparılıb. MİHİ-nin səalhiyyətli orqanlarının hesabatları dinlənilərək səsverməyə qoyulub.
MİHİ sədrliyinə Arif Fərman oğlu Mərdanovun namizədliyi irəli sürülüb. Çıxış edənlər Arif Mərdanovun şəxsi və peşəkar keyfiyyətlərini, zəngin təcrübəsini xüsusi qeyd ediblər. Növbəti hesabat dövrü üçün Arif Mərdanov MİHİ sədri seçilib. Konfransda MİHİ Məclisi və İcraiyyə Komitəsi üzvlərinin seçkiləri keçirilib.
Konfrans işini yekunlaşdırdıqdan sonra MİHİ Məclisinin yığıncağı keçirilib. Yığıncaqda MİHİ sədrinin müavini, işçi komissiyaların sədrləri seçilib.