z
17 SENTYABR / 2024 / 14:08
Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) ali tədris müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış metropolitençi övladları və onların valideynləri ilə görüş keçirilib.
Görüşdə qəbul imtahanlarında nailiyyət əldə etmiş gənclərə yeni həyat yolunda uğurlar arzulanıb. Qeyd edək ki, ən yüksək ballarla ali məktəblərə daxil olmuş metropolitençi övladları ilə görüş ənənəsinin əsası 2015-ci ildə qoyulub.
Qeyd edək ki, builki qəbul imtahanlarında Bakı metropoliteninin 7 əməkdaşının övladı 600 baldan yuxarı nəticə göstərərək ölkənin qabaqcıl universitetlərində təhsil almaq imkanı əldə edib.
İnsan resursları və layihələrin idarə edilməsi departamentinin aparıcı mütəxəssisi Sevda Hüseynovanın qızı Fidan Rüstəmli 687.2 bal (ADA Universiteti), SƏTƏMM şöbəsinin mühəndisi Elçin Babayevin oğlu Məhəmmədəli Babayev 656.6 bal (Bakı Ali Neft Məktəbi), Eskalator xidmətinin elektrik çilingəri Cavid Cavadovun oğlu Fərid Cavadov 653.4 bal (Bakı Ali Neft Məktəbi), Tunel qurğuları xidmətinin tunel usta köməkçisi Dilsuz Quliyevin qızı Fəridə Quliyeva 612.5 bal (Bakı Dövlət Universiteti), Elektromexanika xidmətinin baş mühəndisi Məzahir Qədirovun qızı Əsmər Qədirova 611.2 bal (Azərbaycan Tibb Universiteti), Tunel qurğuları xidmətinin izoləedicisi Mustafayev Elçinin övladı Nərmin Mustafayeva 600.5 bal (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) və İşarəvermə və rabitə xidmətinin elektrik mexaniki Hafiz Cahangirovun oğlu İbrahim Cahangirli 603 balla (DİN Polis Akademiyası) tələbə adını qazanıblar.
Tədbirin sonunda tələbələrə MİHİ-nin mükafatları təqdim edilib.