z

Birinci "Vaqon guşə" – vaqonlara dair hər şey

Birinci "Vaqon guşə" – vaqonlara dair hər şey

13 IYUN / 2022 / 13:51

Mərkəzin orta sahəsində yerləşdirilmiş vaqon tipli guşələrdən birincisi lokomotiv parkı ilə bağlı əsas sahələri əhatə edir. Depoda təmir proseslərin, o cümlədən Azərbaycanda ilk dəfə təşkil edilmiş metro vaqonlarının əsaslı təmiri prosesini, həmçinin digər təmir, texniki xidmət və baxış növləri, vaqonların texniki xüsusiyyətlərini yaxından mənimsəmək olar.

Hər bir vaqon tipi üzrə burada müvafiq sxemlər təqdim edilir. Bu isə müdavimlərə təlim prosesini daha əyani şəkildə qavramağa imkan verir. Eyni zamanda maşinistlər və təmirçilər də keçirilən təlimlər zamanı bu guşədən yetərincə faydalanmaq imkanı əldə edirlər.

Bakı metropolitenində istifadə olunmuş tarixi E, həmçinin hazırda xətlərdə işləyən 81-717, 81-760 və 81-765 tipli baş vaqonların və hər birinin yanında yerləşən arabacıqlarının maketləri vaqon təmirçiləri üçün əhəmiyyətli tədris vəsaitidir.