z
13 IYUN / 2022 / 14:08
Metropoliten fəaliyyətini təmin edən mürəkkəb və çoxşaxəli quruluşa malik elektrik təchizatı sisteminin əsas istiqamətləri, bu təsərrüfatın fəaliyyətini təmin edən sistemlər, qurğu və avadanlıqların, alətlərin yer aldığı guşədə təmas relsinin fəaliyyətini əks etdirən qurğuların iş rejimi barədə ən müfəssəl məlumatları almaq mümkündür. Bu xüsusda unikal rele mühafizə sisteminin iş prinisplərini əyani nümayiş etdirən stend, həmçinin real tunel şəraitində qurğuların gərginlik altında işini göstərən metropoliten mütəxəssislərinin tətbiq etdiyi əyani tədris vəsaitidir. Bakı metropoliteninin elektrik yarımstansiyalarının "Siemens" şirkətinin aparıcı texnologiyaları əsasında yenilənməsi nəzərə alınaraq, texnoloji proseslərin mənimsənilməsi, peşə biliklərinin artırılması, kadr potensialının gücləndirilməsi məqsədilə Mərkəz müvafiq əyani praktiki vəsaitlərlə təchiz edilib.