z

Ömrünü bir kadra həsr edənlər

Ömrünü bir kadra həsr edənlər

20 AVQUST / 2020 / 10:51

Həyat gözü yumub açınca su kimi axıb gedir. Heç bir hökm, heç bir xahiş, minnət gözləmədən, götürmədən. Pis, yaxşı çox anlarımızı sığışdırırıq bu həyat dediyimiz zaman diliminə. Bəzən həmin anlarımızı həmişəlik yaddaşa həkk etmək istəyirik, tutub saxlaya bilməsək də... Elə bu baxımdan foto-şəkillərin hamımızın həyatında yeri çox vacib, önəmli, xatirəsi əzizdir. 2009-cu ildən bəri avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə Beynəlxalq Fotoqrafiya Günü kimi qeyd edilir. Ən gözəl, ən xoşbəxt, bəzən isə ən ağır həyat kadrlarını fotoaparatın yaddaşına həkk edən fotoqraflardan biri də bizim Bakı metropoliteni kollektivinin sevimlisi Məhərrəm Elçin oğlu Məcidovdur.
Digər fotoqraflardan fərqli olaraq Məhərrəmin işi daha çətindir. Çünki metropolitenin hər bir sahəsini işıqlandırmaq, bütün sahələrə bələdçilik etmək, görən gözü olmaq, yeraltının həqiqi mənada qaranlıqlarını fotoobyekti ilə işıqlandırmaq elə də asan iş deyil, dostlar. Öz işiylə yanaşı sevimli peşəsini hərdən inkişaf etdirən həmkarımızın sevimli janrı küçə fotoqrafiyasıdır. Məhz bu janrda çəkdiyi fotolar da onun karyerasında uğur pillələrinin təməl daşlarıdır. Fotoqrafiya günü münasibətilə "oxu.az" saytında müsahibə götürülən əməkdaşlardan biri də Məhərrəm olub. Səmimi söhbəti aşağıdakı linkə daxil olaraq oxuya bilərsiniz.
https://oxu.az/society/414501