z

Yerüstü metroda “Lastoçka” elektrik qatarları

Yerüstü metroda “Lastoçka” elektrik qatarları

11 FEVRAL / 2022 / 11:15

Cari ildə Permdə (Rusiya) yerüstü metronun dairəvi hərəkətinin həyata keçirilməsi planlaşdırılır. Bunun üçün  6 ədəd “Lastoçka” elektrik sürət qatarı alınıb. Növbəti mərhələ dairəvi hərəkətin buraxılışıdır. Bu barədə “KP-Perm” nəşri Perm Vilayətinin qubernatoru Dmitri Maxonovun birbaşa efirdəki çıxışına istinadən  məlumat verib.
Qeyd olunur ki, layihənin maliyyələşdirilməsi üçün federal mərkəzə  müraciət olunub. Bu yolla infrastrukturun daha sürətlə yaradılmasına nail olmaq mümkündür.
Region rəhbəri həmçinin Kirov rayonundan sürətli elektrik qatar yolunun  açılışı ilə bağlı şərh bildirib. “Zakamsk istiqamətinə gəldikdə isə, dəmir yolları Barıt zavoduna aiddir. Onlardan yalnız müəssisə istifadə edə bilirdi. Biz  bu yolun  Rusiya dəmir yollarına verilməsi üçün razılığa nail olmuşuq. 2022 və 2023-cü illərdə Zakamskdan “Lastoçka”nı buraxmaq mümkün olacaq”,- Dmitriy Maxonin belə deyib.
Business Classın  əvvəllər verdiyi məlumata görə, yerüstü metronun sərnişin axını ildə 23 milyona çata bilər.