z
16 IYUL / 2020 / 10:55
Berlinin BVG nəqliyyat şirkəti metronun “Morenştrasse” stansiyasının adının irqçilik mənasını daşıdığını düşünərək, onu dəyişməyi qərara alıb. Bu barədə “RİA Novosti” informasiya agentliyi məlumat verib.
Şirkətdə bildirilib ki, stansiya Rusiya bəstəkarı Mixail İvanoviç Qlinkanın adını daşıyan küçəyə uyğunlaşdırılaraq “Qlinkaştrasse” (Qlinka küməsi) adlanacaq.
BVG şirkəti irqçiliyin bütün formalarına və hüquq bərabərliyi pozuntusunun hər bir təzahürünə qarşı olduğunu bildirib və əlavə edib ki, stansiyanın adının dəyişdirilməsinin tarixi bir qədər sonra elan olunacaq.
Qeyd olunur ki, stansiya 1908-ci ildə açılıb və alman dilindən “Mavrlar küçəsi” kimi tərcümə olunan ( mavr orta əsrlərdə Afrika ərəbləri və bərbərlərinin ümumi adı) “Morenştrasse”adı isə ona 1991-ci ildə verilib.
ABŞ-da və Avropada afroamerikalı Corc Floydun polislər tərəfindən saxlanılan zaman öldürüldüyündən sonra irqçilik və hüquq bərabərliyini pozanlara qarşı etirazlarla əlaqədar olaraq Berlində həmçinin “Morenştrasse” küçəsinin adının dəyişdirilməsi barədə müzakirələr aparılmağa başlanıb.