z

Zaur Hüseynov

Haqqında

Zaur Mir Tofiq oğlu Hüseynov 1964-cü il sentyabr ayının 26-da Bakı şəhərində anadan olub. 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis elektrik ixtisası üzrə, daha sonra isə 2006-cı ildə Amerika Birləşmiş Ştatlarının St. John's Universitetini “Executive management” ixtisası üzrə (MBA) bitirib.
Əmək fəaliyyətinə neft-kəşfiyyat ekspedisiyasında növbə elektromexaniki kimi başlayan Zaur Hüseynov sonradan respublikanın bir sıra iri tikinti, istehsal və enerji təchizatı müəəsisələrində məsul vəzifələrdə çalışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir. Rus və ingilis dillərini mükəmməl bilir. Ailəlidir. Bir oğlu və bir qızı var.