z

Bakı metropoliteni avqustun 5-dək sərnişindaşıma fəaliyyəti göstərməyəcək

Bakı metropoliteni avqustun 5-dək sərnişindaşıma fəaliyyəti göstərməyəcək

18 IYUL / 2020 / 08:56

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 255 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti avqust ayının 31-i saat 00:00-dək uzadılıb.
Məlumdur ki, Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədilə 2020-ci il iyul ayının 3-də “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 236 nömrəli Qərarının 2.2 bəndi ilə cari il iyunun 19-da verdiyi 207 nömrəli Qərara dəyişiklik edərək, Bakı metropolitenində sərnişindaşıma fəaliyyətini 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 20 iyul saat 06:00-dək dayandırıb.
İyul ayının 17-də qurumun qəbul etdiyi "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 256 nömrəli Qərarının 2.3 bəndinə əsasən, iyulun 3-də qəbul edilmiş Qərarda müvafiq dəyişiklik edilib və Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılmasının müddəti 5 avqust tarixinə qədər uzadılıb.
Qərarlara istinadlar:
Xüsusi karantin rejiminin müddətinin uzadılması barədə
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə